Haqqımızda
Dünya şöhrətli KIRBY kompaniyasının adı bilavasitə onun ixtiraçısı amerikalı mühəndis Ceyms Kirbi ilə bağlıdır. Bütün ömrünü məişət texnikası sahəsində kəşflərə həsr etmiş C.Kirbi 1906-cı ildə onun adını gələcəkdə bütün dünyaya tanıdacaq aparatın əsasını qoydu.Təmizlik avadanlıqları sinfinin ilk nümayəndəsi hesab olunan bu cihaz mütəxəssis tərəfindən təkmilləşdirilərək, öz ilkin formasını tapdı.
Ancaq 1935-ci ildə C.Kirbi müəllif ixtirasının onun adını daşımasına razılıq verdi. Bundan sonra KIRBY bir brend olaraq müstəqil, çox uğurlu inkişaf yoluna qədəm qoydu.
Cyems Kirbi daim axtarışda idi. Onun bu xüsusiyyəti bu gün də onun sələfləri tərəfindən davam etdirilməkdədir. Bunun nəticəsidir ki, bu gün istifadənizə verilən KIRBY Sentria 24-cü nəslin nümayəndəsidir. Amerika Birləşmim Ştatlarında şöhrəti böyük sürətlə yayılan KIRBY qısa zaman ərzində öz vətəninin sərhədlərini aşaraq bütün dünyaya yayılmağa başladı. Hazırda KIRBY kompanyasının rəsmi nümayəndəlikləri dünyanın 100-dən artıq ölkəsində, o cümlədən də Azərbaycanda fəaliyyət göstərməkdədir.
Ölkəmizdə kompanyanın rəsmi nümayəndəlik hüquqları "LUXE LIFE GROUP"şirkətinə aiddir. Təməli 2006-cı ildə qoyulan şirkətimizin fəaliyyət dairəsi KIRBY avadanlıqlarının realizasiyası, zəmanəti, servis xidməti, texniki dəstək və sorğu-informasiya təminatını əhatə edir.
İlk addımlarımızı atdığımız dövrdə şirkətimiz onlarla ailəyə xidmət göstərməyin həyəcanı içindı idi. Bu gün biz minlərlə vətəndaşımıza xidmət göstərməyin qürurunu yaşayırıq.
Bu gün KIRBY təmizləyici məişət texnikaları arasında ən mükəmməlidir. Bu avadanlıq təkcə sizin evinizin təmizliyinin deyil, həm də onun ekoloji durumunun yaxşılaşdırılmasına və sizin sağlamlığınızın qorunmasına xidmət göstərir.
Məlum olduğu kimi, ev tozları özlərində bir çox allergenləri cəmləşdirir. Bunlara 150 növ toz yataq gənəsi, o cümlədən saprofitlər daxildir. Statistikaya görə, dünya əhalisinin 10%-i allergiyanın müxtəlif növlərindən əziyyət çəkir. Araşdırmalar göstərir ki, sözügedən gözəgörünməz canlılar allergik astma, xroniki tumov və dəri xəstəliklərinin yaranmasının başlıca səbəbləri sayılırlar.
Adi vasitələrlə onlardan qurtulmaq qeyri-mümkündür, yalnız 40-dan çox funksiyaya malik KIRBY bütün bu problemlərin öhtəsindən gələ bilir. Çünki o havanı tozdan və xoşagəlməz qoxulardan azad etmək, xalçaları yuyub təmizləməklə yanaşı, döşək, yastıq, yumşaq mebel və digər yataq dəstlərini 50 sm dərinliyə qədər təmizləmək gücünə malikdir.
SERVİS ŞÖBƏSİ
Fəaliyyətə başlayarkən biz vətəndaşlarımıza yüksək səviyyədə xidmət göstərmək üçün şirkətimizin nəzdində bir sıra departament və şöbələri təsis etdik. Əsas məqsədlərdən biri müştərilərimizə yüksək səviyyədə xidmət göstərilməsi və onların məmnuniyyətinin qazanılması idi. Bunun nəticəsidir ki, şirkətimizin daxilində təsis edilən ilk şöbə servis şöbəsi oldu. İlk günlər azsaylı işçi qüvvəsi ilə fəaliyyət göstərən servis hazırda özündə bir neçə qolu birləşdirən departamentdir.
Vətəndaşlardan gələn zənglər, təklif və iradlar, təlimat və sifariş müraciətləri qaynar xət operatorumuz tərəfindən qəbul edilir və vəziyyətə yerində müdaxilə olunur. Sifarişlərin ünvanınıza çatdırılması, eləcə də təlimatlarımız pulsuzdur.
KADIRLAR ŞÖBƏSİ
"Düzgün kadır seçimi uğrun qarantıdır" devizi ilə işləyən kadırlar şöbəmiz şirkətin inkişafında və genişlənməsində maraqlıdır. Şirkətimiz kadırların təkmilləşdirilməsi də böyük diqqət ayırır. İl ərzində müxtəlif ölkələrdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə kurslar keçrilir. Bununla yanaşı fəallığı ilə seçilən əməkdaşlarımız ixtisasartırma və təkmilləşdirmə məqsədi ilə KİRBY ofisləri fəaliyyət göstərən ölkələrə göndərilir.
İşçilərimiz üçün müəyyən həvəsləndirmə formaları da nəzərdə tutulub: bonuslar, xarici ölkələrə səyahətlər, diplomlarla təltif və s. Bütün bunlar işçilərimizin daha səylə çalışması və müştərilərimizə yüksək xidmət göstərilməsi üçün böyük stimul yaradır.